четверг, 6 июля 2023 г.

Азербайджанский ансамбль участвует в общелатвийском Празднике песни и танца

 

2023-cü ilin 30 iyun - 9 iyul tarixlərində Latviyanın paytaxtı Riqa şəhərində XXVII Ümummilli Latviya Mahnı və XVII Rəqs Festivalı keçirilir. 1873-cü ildən etibarən Latviyada hər beş ildən bir keçirilən və bu il 150-ci ildönümü qeyd edilən Festivalda Latviyanın 43 bölgəsindən 40 min insanın iştirakı ilə 60-dan çox tədbirin keçirilməsi planlaşdırılır.


2 iyul tarixində Festival iştirakçılarının Riqa şəhərində təntənəli paradı keçirilib. Festival tarixində ilk dəfə Latviyada fəaliyyət göstərən və Ancela Cəfərovanın rəhbərlik etdiyi “Buta” Azərbaycan rəqs qrupu Azərbaycan milli geyimində paradda uğurla təmsil olunub və bu, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Festival çərçivəsində “Buta” rəqs qrupunun 6 iyul tarixində saat 19:00-da Riqada, "Vermanes Bağı"nda keçiriləcək Xalqlar günü konsertində "Yaradıcılığın gücü" adı ilə çıxışı nəzərdə tutulub.
From June 30 to July 9, 2023, the XXVII Nationwide Latvian Song and XVII Dance Festival is being held in Riga, the capital city of Latvia. This year marks the 150th anniversary of the festival, which has been organized every five years in Latvia since 1873. The festival comprises more than 60 events and involves the participation of 40,000 individuals from 43 regions of Latvia.
On July 2, a procession of festival participants took place in Riga. For the first time in the history of the Festival, the "Butá" Azerbaijani dance group of Latvia led by Angela Jafarova, was represented in the event wearing Azerbaijani national dresses. The "Butá" group's successful participation in the procession caused a great interest among the spectators. The performance of the "Butá" Azerbaijani dance group is expected on 6th July at 19:00 in "Vermanes Garden" in Riga on the small stage at the People’s Day concert "Power of Creativity".